"Qarabağ" 25 mindən çox bilet satdı - Bugünkü oyuna görə

6 Avqust 2024 13:20 Qarabağ 642
"Qarabağ" 25 mindən çox bilet satdı - Bugünkü oyuna görə

"Qarabağ"ın Bakıda Bolqarıstan təmsilçisi "Ludoqorets"ə qarşı keçirəcəyi Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununa indiyədək 25500 bilet satılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç üçün 30000-ə yaxın bilet satışa çıxarılıb.

Bu gün reallaşacaq “Qarabağ” – “Ludoqorets” görüşü saat 20:00-da start götürəcək. Cavab görüşü avqustun 13-də olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 İyul 18:10 Çək və bizə göndər!