"Qarabağ" bu gün avrokuboklarda növbəti matçına çıxacaq.
Son çempionumuz Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk matçında Bolqarıstan təmsilçisi "Ludoqorets"lə üz-üzə gələcək.
Qarşılaşmadan əvvəl Sportinfo az-a açıqlama verən futbol mütəxəssis Aslan Kərimov bir vaxtlar futbolçu kimi şərəfini qoruduğu komandanın şanslarını dəyərləndirib:
"Ludoqorets" Linkolin"ə bənzəməyəcək. Artıq "Qarabağ"ın qarşısında daha keyfiyyətli rəqib var. Böyük tarixi olan klubdur.
Lakin indiki kollektiv Çempionlar Liqasının, Avropa Liqasının qrupunda oynayan "Ludoqorets"dən daha zəfidi. Bəlkə də keçid mərhələsindədirlər. Və ya transferlər tam yekunlaşmayıb. Ancaq indiki real durum belə düşünməyə əsas verir.
"Qarabağ" isə əksinə, indi daha yaxşı vəziyyətdədirlər. Rəqibi üstələmək mümkündür. Bolqarlar hücuma çıxarkən arxada ciddi səhvlərə yol verir.
Hücum xəttində keyfiyyətli oyunçuları var. Komanda demək olar ki, əcnəbilərdən qurulub. Xüsusilə ön xəttə diqqət daha çox yönəldilib.
Müdafiədə çox sayda səhvlər edilir. Məsələn, son oyunlarında Minsk "Dinamo"sunun keyfiyyəti çatmadı ki, həm imkanları qola çevirsin. "Qarabağ"ın hücum xəttində yer alan sürətli, təcrübəli futbolçular belə səhvləri bağışlamayacaq".
Kərimov proqnoz verməkdən də çəkinmədi: "Qələbə qazancağımızı düşünürəm. 3:0-lıq bir hesab gözləyirəm. Hava şəriati də bizim xeyrimizə işləyəcək. Səfərdə istənilən hesab qeydə alına bilər. Amma turu keçəcəyimizə şübhə etmirəm.
Düzdü, "Qarabağ" rəsmiləri bir mərhləni keçmədən digəri haqqında danışmağı xoşlamır (gülür). Amma mən bir qədər də qabağa gedərək deyim ki, bu il "Qarabağ" Çempionlar Liqasının qrupunda iştirak edə biləcək.
Əvvəlki illərdə yığılan yaxşı reytinqin hesabına bu gün rəqiblər münasibdir. Pley-off mərhələsindəki Zaqreb "Dinamo"su il də oynamaq olar. Yeni formatda olan Çempionlar Liqasında iştirakçı olmaq maraqlı olacaq".
XANOĞLAN