O, “Qarabağ”lını hardan tanıyır? - Rəqib və doğmalıq

4 Avqust 2024 22:30 Qarabağ 3 073
O, “Qarabağ”lını hardan tanıyır? - Rəqib və doğmalıq

“Qarabağ” – “Linkoln” matçından sonra Bernardo Lopeslə Leandro Andrade meydanı tərk etmək fikrində deyildilər.

Qaçış zolağının yanında bir xeyli söhbət edən rəqib futbolçuların müzakirəsi paltardəyişmə otaqlarının dəhlizində davam etdi.

Elə hey danışır, bir-birindən qopmaq bilmirdilər. Çox keçmədən ”Linkoln”un ispani Nano da onlara qoşuldu.

Klub rəsmilərindən təyyarəyə gecikdiklərini eşidən Bernado, dostu ilə sağollaşıb avtobusa tələsəndə, Sportinfo.az-a Andrade ilə tanışlıqları barədə danışdı:

“Xeyr, uşaqlıq dostları deyilik. Sadəcə, hər ikimiz Portuqaliyadanıq. İnsan səfər etdiyi ölkədə həmyerlisini görəndə istər-istəməz şad olur, ürəyindəkiləri boşaldır.

Leo ilə Cəbəllütariqdə ayaqüstü danışmışdıq. Sadəcə, bu dəfə daha çox zamanımız oldu.

Ortaq tanışlarımız var, bir az onlar barədə danışdıq. Daha sonra ölkədəki vəziyyəti müzakirə etdik, karyeramız haqda söz açdıq.

Hə, bir də “Qarabağ”ın güclü komanda olduğunu bildirib, növbəti matçlarda uğurlar arzuladım (gülür)”.

Leandro Andrade Kabo Verde millisinin formasını geyinsə də, əslən Portuqaliyadandır və bu ölkədə anadan olub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var
16 Sentyabr 00:40 KADİ: “İnanmıram ki...”