“Qarabağ” bu hücumçunu transfer etməyə hazırlaşırmı?

25 İyul 2024 22:40 Qarabağ 4 667
“Qarabağ” bu hücumçunu transfer etməyə hazırlaşırmı?

Ötən mövsümü icarə əsasında “Hatayspor”da keçirən Renat Dadaşovun “Qarabağ”a transferi gündəmdə deyil.

Bu haqda Ağdam klubundan redaksiyamıza məlumat verilib.

Bildirilib ki, millinin hücumçusu onlara təklif olunan oyunçuların siyahısında yer almır.

Odur ki, müqavilə ilə “Qrasshopper“ə məxsus futbolçu ilə indiyədək heç bir danışıqlar aparılmayıb. Nə rəsmi, nə də şifahi formada.

Renat bir müddət əvvələdək «Neftçi» ilə görüşüb. Bakılılar ona 3 illik müqavilə təklif eləyib. Sadəcə, istədiyi maliyyə şərtləri çox olduğundan, «ağ-qaralar» onunla anlaşmaqdan vaz keçib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”