UEFA-dan "Qarabağ"la bağlı YENİ QƏRAR - Dəyişdirildi

24 İyul 2024 13:00 Qarabağ 9 413
UEFA-dan "Qarabağ"la bağlı YENİ QƏRAR - Dəyişdirildi

"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Linkoln"a qarşı keçiriləcək cavab matçının hakimləri dəyişdirilib.

Sportinfo.az xəbər verir ki, matçı əvvəlcədən nəzərdə tutulduğu kimi Ukraynadan yox, Danimarkadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakim Yakob Sandberqdir. Ona yan xətt hakimləri Deniz Yurdakul və Viktor Skitte kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Yens Mae yerinə yetirəcək.

"Qarabağ" - "Linkoln" oyunu iyulun 30-da keçiriləcək. İlk oyunda Azərbaycan çempionu rəqibini 2:0 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Dekabr 18:10 Çək və bizə göndər!
19 Dekabr 11:10 UEFA-dan AFFA-ya məktub
19 Dekabr 03:10 Azərbaycanda 12:2