Özü "Qarabağ"da, gözü pulda - İcazə versəydiz, bu təkliflərdən birini seçərdim

24 İyul 2024 13:40 Qarabağ 10 462
Özü "Qarabağ"da, gözü pulda - İcazə versəydiz, bu təkliflərdən birini seçərdim

Yassin Benzia avqustda Azərbaycandan ayrıla bilər.

2023-cü ilin yanvarında «Qarabağ»a gələn əlcəzairli yarımmüdafiəçi növbəti dəfə kluba müraciət edib.

Ağdam klubuna gəlişindən sonra əla forma yığan 29 yaşlı futbolçu yenidən ölkəsinin əsas millisinə qayıdıb. Bu isə ona həm Avropada, həm də Asiyada marağı artırıb.

«Köhlən atlar»la sözləşməsi 2025-ci ilin iyunun 30-da bitəcək ərəb legionerə Polşa, Fransa, İspaniya, Türkiyə, Səudiyyə Ərəbistanı və Qətərdan dəvətlər yağmaqdadır.

Təkliflərin çoxluğundan hayıl-mayıl olan Benzianın daha çox pul qazanmaq istəyi artıq sərhəd tanımır.

İştahası artan sabiq «Fənərbaxça»lı «Qarabağ»ya bu fürsətlərdən birini dəyərləndirməyi fikirləşdiyini deyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”