“Avropa Liqası asan oyunlar olmur”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın fransalı legioneri Abdullah Zubir deyib.
Bu gün Avropa Liqasında qrup mərhələsinin matçları start götürəcək. "Qarabağ" da ilk oyununa çıxacaq.
Ağdam klubunun rəqibi "Molde" olacaq.
Azərbaycan çempionu rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Qarşılaşmaya 20:45-də start veriləcək.
Yarımmüdafiəçi söyləyib: “Qrupda çətin komandalar var. Amma biz "Molde"ni analiz etmişik.
Bu oyunda qələbə üçün oynayacağıq. Çünki rəqibi evdə qəbul edəcəyik”.

