COP29

"Məni “Qalatasaray”la matçda görəcəksiz"

24 Mart 2023 03:30 Qarabağ 825
"Məni “Qalatasaray”la matçda görəcəksiz"

“İnanıram ki, “Qalatasaray”la keçiriləcək oyun hamını xoşbəxt edəcək”.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Maksim Medvedev martın 26-da Türkiyə klubu “Qalatasaray”a qarşı keçiriləcək xeyriyyə xarakterli yoldaşlıq görüşünün təşkili ilə bağlı danışarkən deyib.

Ağdam klubunun kapitanı jurnalistlərə açıqlamasında Bakı Olimpiya Stadionunda baş tutacaq qarşılaşmaya böyük maraq olacağını düşünür:

“Maraqlı oyun olacaq. Çox adam həmin matçı səbirsizliklə gözləyir. Nəhayət ki, bu görüş baş tutacaq.

İndidən hamı mənə yazır ki, biletləri hazırla, gələcəyik. “Qalatasaray” önünə əsas heyətlə çıxa bilməyəcəyik.

Çünki millilərə çağırılanlar meydanda olmayacaqlar. Ancaq əsas odur ki, “Qalatasaray” kimi komanda bizimlə yoldaşlıq görüşü keçirəcək.

İnanıram ki, bu qarşılaşmanın baş tutması hamını xoşbəxt edəcək. Məni “Qalatasaray”la matçda görəcəksiniz.

Bu gün millidə olub, sabah çağırılmaya bilərsən. Futbolda bunlar normaldır. Zaman hər şeyi öz yerinə qoyacaq”.

"Qarabağ” – “Qalatasaray” görüşünün bilet satışından əldə ediləcək gəlir Türkiyədə zəlzələdən əziyyət çəkənlər üçün ianə ediləcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"