"Qarabağ"ın baş məşqçisi 2 TRANSFER İSTƏYİR - Biri də olsa...

29 İyul 2024 01:00 Qarabağ 1 583
"Qarabağ"ın baş məşqçisi 2 TRANSFER İSTƏYİR  - Biri də olsa...

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov transfer planlarından danışıb.

QOL.az xəbər verir ki, o, bu gün keçirdiyi mətbuat konfransında qapıçı, yarımmüdafiəçi və hücumçu axtarışında olduqlarını bildirib:

"İstəyərəm ki, heyətə minimum iki oyunçu əlavə edilsin. Çünki bunun zədəsi, cəzası var. Bizim üçün hər oyun vacibdir. İşlər gedir. Orta xəttə oyunçu istəyirəm. Hücuma da minimum bir futbolçu düşünürük. Daha yaxşı variant olarsa, mövqeyindən asılı olmayaraq, həmin oyunçunu transfer edərik.

Baxdığımız qolkiperlər var. Hətta iki gün əvvəl bir qapıçı transferi alınmaq üzrə idi, sonda alınmadı. Düşündüyümüz qapıçını tapsaq, götürmək istəyirik".

Xatırladaq ki, "Qarabağ" bu yay qapıçılar Fabian Bunti, Şahruddin Məhəmmədəliyev və hücumçu Musa Qurbanlını transfer edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti