"Qurban Qurbanov "Ludoqorets" səddini aşa biləcəkmi?
Buna Ağdam klubunun texniki heyəti də cavab axtarmaqdadır, çünki bolqarların hansı heyətlə meydana çıxacağı yeni sual işarəsidir.
Bakıdakı matçda da rotasiya edərək, "Qarabağ"ı təəccübləndirmişdilər".
“Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün keçiriləcək "Ludoqorets"-"Qarabağ" matçı barədə danışıb.
Tanınmış jurnalist Ağdam klubuna inandığını, rəqibin cinah hücumlarının qarşısını kəsmək üçün onları mərkəzə oynamağa məcbur etmənin önəmli olduğunu deyib.
"Ludoqorets"də qapıçı ilə mərkəz müdafiəçiləri arasında koordinasiyanın zəif olduğunu bildirən Elçin Cəfərov uzaqdan zərbələrin vacibliyini diqqətə çatdırıb.
Onu da əlavə edib ki, Marko Yankoviçə bu matçda həm toplu, həm də topsuz oyunlarda çox önəmli işlər düşəcək: "Əsas məsələ sürətli düşünməkdir, ötürmələrdir və uzaqdan zərbələrdir".
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

