Meydançanı qardan Qurban Qurbanovla futbolçular təmizlədi - FOTOLAR

25 Yanvar 2022 17:20 Qarabağ 1 599
Meydançanı qardan Qurban Qurbanovla futbolçular təmizlədi - FOTOLAR

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ”ın Polşanın “Visla” (Krakov) klubu ilə bu günə nəzərdə tutulan yoxlama oyunu baş tutacaq.

Sportinfo.az qol.az-a istinadən xəbər verir ki, görüşün keçiriləcəyi və “Qarabağ”ın məskunlaşdığı idman kompleksinin meydançası qardan təmizlənib.

Maraqlıdır ki, təmizləmə prosesində Ağdam komandasının baş məşqçi Qurban Qurbanov başda olmaqla məşqçi heyəti, bəzi futbolçular, ofis işçiləri, klub rəsmiləri də iştirak ediblər.

“Qarabağ” bu gün 2 yoxlama oyunu keçirməli idi. Lakin Antalyaya yağan güclü qar səbəbindən Çexiyanın “Bohemians” klubu ilə oyunu ləğv olunub.

“Visla” ilə oyun isə Bakı vaxtı ilə saat 17:45-də başlayacaq. Komandalar arasında əldə edilmiş razılığa əsasən, yoxlama görüşü 3 hissədən ibarət olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”