"Bu cür nəticəni bir çoxları gözləməsə də, mənim üçün sürpriz olmadı.
"Qarabağ" çox üstün oynasa da, hücum fazasında sürətli və dəqiq olmadı.
Məğlubiyyəti Qurban Qurbanov sığortalamalı, futbolçuları inandırmalıdır".
Bu açıqlama ilə "Sportinfo TV"nin aparıcı eksperti Elçin Cəfərov çıxış edib.
Tanınmış ekspert Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk matçları çərçivəsində keçirilən "Qarabağ" - "Ludoqorets"(1:2) qarşılaşması barədə fikirlər səsləndirib, Ağdam klubunda çatışmazlıqlarla bağlı şərh verib.
Deyib ki, Bolqarıstan çempionuna səfərdə qalib gəlmək olar, lakin sürətli düşünməli, uzaqdan qapıya zərbələr vurmaq lazımdır:
"Zubir tempi çox aşağı salır. Müdafiə mərkəzində topsuz oyunda boşluqlara çox yer verdik. İndi psixoloji olaraq futbolçuları yaxşı hazırlamaq lazımdır".
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN