"Qarabağ" "xoş gəldiniz!" dedi, Qurban Qurbanov fərqini ortaya qoydu - VİDEO

31 İyul 2024 11:20 Qarabağ 3 482
"Qarabağ" "xoş gəldiniz!" dedi, Qurban Qurbanov fərqini ortaya qoydu - VİDEO

"Rəqib kim olursa olsun, "Qarabağ" matça eyni konsentrasiya ilə çıxır.

Əsas heyət üzvlərinə şans verməklə, Qurban Qurbanov bir növ futbolçuların praktika cəhətdən də möhkəmlənməsinə imkan yaradır".

Bu açıqlama ilə “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov çıxış edib.

Tanınmış jurnalist Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab qarşılaşmaları çərçivəsində keçirilən "Qarabağ" - "Linkoln" (5:0) görüşü barədə danışıb.

Qeyd edib ki, bol qollu qələbə ilə Ağdam klubu bir növ azarkeşləri salamlayıb, onlara “yeni mövsümə xoş gəldiniz” mesajı verib.

Elçin Cəfərov eyni zamanda deyib ki, fanatlar da, futbol ictimaiyyəti də artıq "Qarabağ"dan Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasını gözləyir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 18:10 Çək və bizə göndər!
10 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib
10 Oktyabr 04:00 Onların uşaqları olacaq
10 Oktyabr 02:50 “Əsas məsələ bu idi”