“Qarabağ” dəniz sahilində “Araz”ı 4:1 yerə “böldü” - VİDEO

3 Avqust 2024 00:30 Qarabağ 2 012
“Qarabağ” dəniz sahilində “Araz”ı 4:1 yerə “böldü” - VİDEO

Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünə start verilib.

turun açılış matçında son çempion "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gəlib.

“Liv Bona Dea Arena”dakı qarşılaşma Ağdam təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Köhlən atlar"ın heyətində 6-cı dəqiqədə Redon Cica hesabı açıb. 3 dəqiqə sonra Riçard Almeyda fərqi iki topa çatdırıb.

47-ci dəqiqədə Hamidu Keyta qonaqların üstünlüyünü bir qədər də möhkəmləndirib.

Naxçıvan təmsilçisinin heyətində 86-cı dəqiqədə Nuno Rodriqes buraxılan qollardan birinin əvəzini çıxsa da, final fitinə iki dəqiqə qalmış adını tabloya yazdıran Abbas Hüseynov "Qarabağ"ın böyükhesablı qələbəsini rəsmiləşdirib.

“Liv Bona Dea Arena”, 600 tamaşaçı
Baş hakim: Elçin Məsiyev
Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Pərvin Talıbov
Dördüncü hakim: Kamran Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Sarı vərəqələr: Nuno Rodriges, 74 (qeyri-idman hərəkəti) // Elvin Cəfərquliyev, 51, 78 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 78
Qollar: Nuno Rodriqes, 86 // Redon Cica, 7; Riçard Almeyda, 9; Hamidu Keyta, 47; Abbas Hüseynov, 88
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 2 dəq.

“Araz-Naxçıvan”
94. Tərlan Əhmədli
34. Urfan Abbasov (k)
(6. Vadim Abdullayev, 54)
3. Bəxtiyar Həsənalızadə
26. Ömər Buludov
(11. Bayraməli Qurbanov, 71)
16. Ramon Maçado
29. Vanderson Melo
8. Karlos Jatoba
14. Miço Kuzmanoviç
(7. Ülvi İsgəndərov, 71)
4. İqor Ribeyro
97. Felipe Santos
10. Bernardo Dias
(23. Nuno Rodriqes, 54)

Ehtiyat oyunçular:
12. Kristian Avram
1. Vüsal Şabanov
22. Elçin Mustafayev
20. Turan Vəlizadə
88. Tuqay Əlizadə
Baş məşqçi: Elmar Baxşıyev

“Qarabağ”
1. Şahrudin Məhəmmədəliyev
20. Riçard Almeyda
(15. Leandro Andrade, 46)
55. Bədavi Hüseynov (k)
30. Abbas Hüseynov
24. Aleksey İsayev
44. Elvin Cəfərquliyev
90. Nəriman Axundzadə
(27. Toral Bayramov, 81)
66. Patrik Andrade
(8. Marko Yankoviç, 70)
17. Hamidu Keyta
(7. Yassin Benzia, 70)
2. Mateus Silva
19. Redon Cica
(18. Olavio Juninyo, 70)
Ehtiyat oyunçular:
97. Fabian Buntiç
12. Sadiq Məmmədzadə
13. Bəhlul Mustafazadə
29. Marko Veşoviç
10. Abdullah Zubir
81. Kevin Medina
6. Julio Romao
Baş məşqçi: Qurban Qurbanov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti