"Qarabağ" uduzsa da, şansı yenə qalıb" - Azərbaycanı tanıyan bolqar

9 Avqust 2024 03:50 Qarabağ 1 271
"Qarabağ" uduzsa da, şansı yenə qalıb" - Azərbaycanı tanıyan bolqar

Azərbaycanda uzun illər oynamış bolqarıstanlı futbolçulardan olmuş Petar Zlatinov sportal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, hazırda ÇSKA-da(Sofiya) məşqçi çalışan bolqar Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Ludoqorets”lə görüşü haqda fikirlərini bildirib:

"İlk oyunda hesab “Ludoqorets”in xeyrinə yekunlaşdı. Amma hələ qarşıda cavab görüşü var.

Futbolda hər şey baş verə bilər. Ona görə də ilk oyundakı məğlubiyyətə baxmayaraq, “Qarabağ”ın pley-off mərhələsinə adlamaq şansı qalıb.

Ancaq bu asan olmayacaq. Çünki “Ludoqorets” evdə oynayacaq. Necə olacağını görəcəyik".

Zlatinov 2008-2013-cü illərdə “İnter”in formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"