Reynaldo və Miçel "Neftçi" ilə oyunda meydana çıxmayacaq

1 Fevral 2019 10:48 Premyerliqa 275
Reynaldo və Miçel "Neftçi" ilə oyunda meydana çıxmayacaq

"Qarabağ" "Neftçi" ilə keçirəcəyi Premyer Liqanın XV tur matçına futbolçu itkiləri ilə çıxacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə jAğdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov məlumat verib.

O, Reynaldo və Miçelin qarşıdakı oyunu buraxacaqlarını bildirib: "Hazırda Reynaldo fərdi qaydada məşq edir.

Miçel isə zədəlidir və hələ məşqlərə başlamayıb. Hər ikisi oyunu buraxacaq".

Fevralın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Neftçi" matçı saat 18:30-da başlanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti