“Bayern” “Aston Villa”nın vingeri Morqan Rocerslə maraqlanır.
Sportinfo.az “Times Sport”-a istinadən xəbər verir ki, 23 yaşlı futbolçuya transfer bazarında böyük tələbat var və Münhen təmsilçisi onun üçün mübarizəyə qoşula bilər.
“Bayern” bu transfer uğrunda mübarizədə tək deyil. Belə ki, “Arsenal”, “Çelsi”, “Mançester Yunayted” və PSJ də ingiltərəli futbolçunun xidmətində maraqlıdır.
Morqan Rocersin “Aston Villa” ilə müqaviləsinin müddəti 2031-ci ilin iyununun sonuna qədərdir. O, cari mövsümdə İngiltərə Premyer Liqasında 31 oyuna çıxıb, 8 qol vurub və 5 məhsuldar ötürmə verib.

