“O, qüsursuz davrandı, yanıma gəldi və biz danışdıq” - Ayrılması gözlənilir

15:40 İngiltərə 88
“O, qüsursuz davrandı, yanıma gəldi və biz danışdıq” - Ayrılması gözlənilir

“Nyukasl”ın baş məşqçisi Eddi Hou, komandadan gedəcəyi gözlənilən 35 yaşlı müdafiəçi Kiran Trippye haqda danışıb.

Daha əvvəl futbolçunun mövsümün sonunda azad agent kimi klubu tərk edəcəyi açıqlanmışdı.

Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ingiltərəli çalışdırıcı, Trippyenin qüsursuz davrandığını bildirib:

“Trippye qüsursuz davrandı. O, yanıma gəldi və biz danışdıq. Onun gələcəyi ilə bağlı aydın təsəvvürü var idi.

Biz buna hörmətlə yanaşırıq. Mənim üçün o, məşqçilik etdiyim ən yaxşı oyunçulardan biridir. O, ardıcıllıq nümunəsidir”.

İngiltərəli futbolçu 2022-ci ildən “Nyukasl”da çıxış edir. O, bu mövsüm bütün yarışlarda 34 oyunda meydana çıxıb və 4 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti