Qərb klubu Premyer Liqaya bu baş məşqçi ilə qayıdır – SON DƏQİQƏ

16 May 2022 13:20 Premyerliqa 1 634
Qərb klubu Premyer Liqaya bu baş məşqçi ilə qayıdır – SON DƏQİQƏ

9 ildən sonra Premyer Liqaya qayıdan «Turan Tovuz»u kimin çalışdıracağı böyük ölçüdə məlum olub.

Qərb klubunun rəhbərliyi 4 namizəd arasında Ayxan Abbasova üstünlük verib.

O, Tovuzun futbol camiəsinə yaxşı tanışdır. Müxtəlif vaxtlarda iki dəfə «Turan»ın formasını geyinib, yerli publikanın ən sevimli futbolçularından biri olub.

Son ana kimi 4 namizədin adı masanın üzərində idi. Klub rəhbərliyi seçim zamanı məşqçilərin də rəyini öyrənməyi lazım bilib. Bu məqsədlə burada çalışan bütün mütəxəssislərin iştirakı ilə gizli səsvermə keçirilib.

Sorğuya qatılanların heç biri Yunis Hüseynovla Əsgər Abdullayevin «Turan»a gəlməsini dəstəkləməyib.

Quliyev Quliyev isə cəmi 1 səs toplayıb. Digərləri hamılıqla Ayxan Abbasovun təyinatının ən doğru addım olacağını göstərib.

Bu da anlaşılandır. 41 yaşlı mütəxəssis qazandığı nəticələrlə yeni nəsil məşqçiləri arasında özünəməxsus yer tutur.

«Zirə» onun vaxtında Premyer Liqada ikinci və dördüncü yeri tutub, avrokuboklara vəsiqə qazanıb, burada 1 mərhələ keçib.

«Sumqayıt» da tarixinin ən gözəl günlərini onun rəhbərliyi altında yaşayıb. «Kimyaçılar»ı iki dəfə ölkə kubokunun finalına yüksəldib, çempionatın bürünc medalını əldə edib və həm Avropa Liqasında, həm də Konfrans Liqasında qüvvəsini sınayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti