"Qəbələ”nin yayda heyətinə qatdığı əcnəbilərdən biri də nigeriyalı Salihu Nasiru olmuşdu.
Avqust ayında bölgə klubuna cəlb edilən 18 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Amma Premyer Liqada birinci dövrə başa çatsa da afrikalı legioner əsas komandada debüt etməyib.
Düzdü, Çilidə keçirilən 20 yaşadək yığmalar arasında dünya çempionatında iştirak etməsi səbəbindən nigeriyalı ötən ay bir müddət düşərgədə olmadı.
Bəs dünya çempionatından sonra onu niyə meydanda görmürük?
Əldə etdiyimiz məlumata görə, baş məşqçi Kaxaber Tsxadadze Nasirunun performansından məmnun deyil.
Bu səbəbdən Peşəkar Futbol Liqasına göndərilən sifariş vərəqəsində adı yoxdur.
Hazırda əvəzedici komandada çıxış edən yarımmüdafiəçinin durumuna qış fasiləsində yenidən baxılacaq.
Xatırladaq ki, gənc oyunçu Nigeriya Premyer Liqasında “Kanemi Uorriors” komandasının formasını geyib. O, həmçinin Nigeriya U-20 millisində də 4 oyun keçirib.
XANOĞLAN / SPORTİNFO.AZ

