Fransa yığmasının aparıcı futbolçusu Adrien Rabyo DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisi ilə oyunu buraxa bilər.
Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, buna səbəb yarımmüdafiəçinin zədədən əziyyət çəkməsidir.
Millimizlə Parisdəki qarşılaşmada qol vuran ulduz futbolçu oktyabrın əvvəlindən bəri yaşıl meydanlardan uzaqdır.
Rabyo həmin vaxtdan bəri heç bir görüşdə iştirak etmədiyindən, baş məşqçi Didye Deşam onun oyun praktikasının azlığından narahatdır. Bu səbəbdən çalışdırıcı Rabyonu qarşıdakı toplanışa dəvət etməyə tərəddüdlə yanaşır.
Fransa yığması noyabrın 13-də Ukrayna, 16-da isə Azərbaycan millisi ilə qarşılaşacaq.

