"Qarabağ" - "Neftçi": Nə vaxt ,harada və saat neçədə?

22 Oktyabr 2021 19:20 Premyerliqa 1 513
"Qarabağ" - "Neftçi": Nə vaxt ,harada və saat neçədə?

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli məlum olub.

Sportinfo.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Oktyabrın 30-da “Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Neftçi” matçı saat 18:30-da başlayacaq.

VIII turun oyunları 23 - 25 oktyabrda baş tutacaq.

30 oktyabr (şənbə)

16:00. “Zirə” – “Keşlə”
Zirə İdman Kompleksinin stadionu

18:30. “Qarabağ” – “Neftçi”
“Azersun Arena”

31 oktyabr (bazar)

16:00. “Qəbələ” – “Sabah”
Qəbələ şəhər stadionu

18:15. “Sumqayıt” – “Səbail”
“Kapital Bank Arena”

Xəbər Lenti