“Neftçi”nin yeni transferi Bakıda dostunu tapdı

21 Yanvar 2023 21:20 Neftçi 2 297
“Neftçi”nin yeni transferi Bakıda dostunu tapdı

“Neftçi” qış fasiləsində Höccət Haqverdinin ardınca növbəti transferini həyata keçirdi.

Azərbaycanı Portuqaliyaya dəyişən Yusuf Lavalı mövsümün ikinci yarısında Kilan Lebon əvəz edəcək.

25 yaşlı yarımmüdafiəçi ilə müqavilə 1,5+1 il müddətinə bağlanıb.

“Neftçi”də Fransadan futbolçu olmasa da, fransızdilli Mamado Mbocla Yusuf Laval komandanı tərk etsə də, Lebon Bakıda darıxmayacaq.

Belə ki, keçmiş komanda yoldaşı da ölkəmizdə oynayır. Bu, “Zirə”nin aparıcı futbolçularından olan Hamidu Keytadır.

Hamidu ilə Kilan bir-birini 2017/18 mövsümündən tanıyır. Həmin vaxt hər iki futbolçu Liqa-2-də “Şambli” komandasının uğurları üçün tör töküb.

Keyta mövsüm ərzində 16, Lebon isə 14 matçın iştirakçısı olub.

Hazırda Azərbaycan Premyer Liqasında xeyli sayda fransız futbolçu top qovur. Bunlar “Qarabağ”da Abdullah Zubirlə Adama Diakabi, “Zirə”də Adileu Moizlə Hamidu Keyta, “Səbail”də David Qomis, “Kəpəz”də Salif Sissedir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti