“Neftçi” 1 sent də… Təzminat yox, o qədər maaş yox

21 Yanvar 2023 09:40 Neftçi 2 148
“Neftçi” 1 sent də… Təzminat yox, o qədər maaş yox

“Neftçi” bugünlərdə Kilan Lebonu transfer edib.

Fransız ilə 1,5+1 il müddətinə müqavilə bağlanıb.

25 yaşlı hücumameylli yarımmüdafiəçi 22 nömrəli formanı geyinəcək.

Kilan Lebon Fransanın “Amyen-2” (2014-2016), “Paris-2” (2016-2018), “Şambli” (2017-2018), “Paris” (2018-2020), “Qazelek Ayaçço” (2019-2020), “Kretey” (2020), Hollandiyanın “Utrext-2” (2019), Bolqarıstanın “Beroe” (2020-2022) və Qazaxıstanın “Astana” (2022) klublarında çıxış edib.

“Neftçi“dən Sportinfo.az-a verilən məlumata görə, o, “Astana“dan azad agent statusu ilə gəlib. Yəni, fransıza görə Qazaxıstan klubuna 1 sent də təzminat ödənilməyib.

Lebonun buradakı qazancına gəlincə, iddia olunub ki, vingerin Azərbaycanda illik gəliri mətbuatda yayılan rəqəmlərdən (200 min dollar) xeyli azdır.

Onun mövsümlük maaşı 120-140 min dollar civarında olacaq.

Digər Xəbərlər
Xəbər Lenti