Bu açıqlama “Neftçi”dən verildi: “Sevindirəcəyik”

21 Yanvar 2023 00:50 Neftçi 1 402
Bu açıqlama “Neftçi”dən verildi: “Sevindirəcəyik”

“Ümid edirəm ki, mövsümün ikinci yarısında azarkeşləri sevindirəcəyik”.

Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu İvan Brkiç deyib.

Türkiyədə keçirilən qış təlim-məşq toplanışını dəyərləndirən xorvatiyalı qapıçı mövsümün ikinci yarısı üçün ümidli danışıb.

28 yaşlı qolkiper azarkeş dəstəyinin də onlar üçün vacib olduğunu vurğulayıb:

“Yalnız futbola köklənmək üçün hər cür şəraitimiz var. Çox çalışırıq və bu, əladır.

Azarkeşlər bizim 12-ci oyunçumuzdur. Onların komandamızı tribunadan dəstəkləməkləri çox xoşumuza gəlir”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!