"Neftçi"yə biri gəldi, digəri də yoldadır - TRANSFER GÜNDƏLİYİ

20 Yanvar 2023 22:20 Neftçi 2 286
"Neftçi"yə biri gəldi, digəri  də yoldadır - TRANSFER GÜNDƏLİYİ

"Neftçi"nin qış fasiləsində heyətinə qatdığı ilk legioner Kilan Lebon oldu.

"Ağ qaralar" fransalı yarımmüdafiəçi 1,5 illik müqavilə imzaladı.

Amma Lebon bakılıların son transferi olmaya bilər.

Belə ki, daha bir əcnəbi ilə danışıqlar yekunlaşmaq üzrədir.

Söhbət kolumbiyalı Orlando Berriodan gedir. Onun karyerası daha çox yerli və Braziliya klubları ilə bağlıdır.

Ön xətt oyunçusu qısa müddət BƏƏ-nin "Khor" klubunda da çıxış edib.

Berrinin hazırda məxsus olduğu klub Kolumbiyanın "Aguila" komandasıdır.

31 yaşlı legioner ölkəsinin millisinə də dəvət alıb. 2016-cı ildən çağrıldığı yığmada cəmi 6 görüşdə forma şansı qazanıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti