"Onun bizimlə 6 aylıq müqaviləsi qalmışdı. Sözləşməsini yeniləməyə çalışdıq, amma yeni çağırış istəyirdi".
Sportinfo.az xəbər verir ki, bu sözlər "Neftçi"nin baş məşqçisi Lorentsiu Regekampfa məxsusdur.
Yusuf Lavalın "Arouka"ya gedişinə toxunan rumıniyalı futbolda bu cür halların baş verməsini normal qəbul etdiyini vurğulayıb:
"O, Portuqaliya klubundan gələn təklifi dəyərləndirməyə qərar verdi. Lazımi mövqeləri gücləndirməliyik.
Lavalın gedəcəyi ağlıma belə gəlməzdi. Amma indi bu barədə düşünmək istəmirəm.
Onun mövqeyinə elə oyunçu gətirməliydik, boşluğunu doldursun. Laval ailəmizin bir üzvü idi, yeni karyerasında uğurlar arzulayırıq.
İnanıram ki, Portuqaliyada böyük oyunlar göstərəcək və yaxşı çıxış edəcək".

