"Neftçi"ni seçən fransız: "Bütün mesajlarınızı görürəm, görəcəyimiz bəzi işlər var"

20 Yanvar 2023 09:00 Neftçi 994
"Neftçi"ni seçən fransız: "Bütün mesajlarınızı görürəm, görəcəyimiz bəzi işlər var"

"Artıq buradayam. Bu komandaya qoşulmaq çox gözəl hissdir".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin yeni transferi Kilan Lebon şəxsi instaqram səhifəsində yazıb.

Paytaxt klubuna keçidi ilə bağlı təəssüratlarını bölüşən fransalı ağ-qara formanı geyinməkdən şərəf duyduğunu bildirib.

27 yaşlı hücumameylli yarımmüdafiəçi azarkeşlərə təşəkkür edib:

"Bütün mesajlarınızı və şərhlərinizi görürəm. Dəstəyinizə görə şadam. Ümid edirəm ki, bunun qarşılığını meydanda verəcəyəm. Birlikdə görəcəyimiz bəzi işlər var".

Son klubu Qazaxıstan "Astana"sı olan Kilan Lebon "Neftçi" ilə 1,5+1 illik müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 20:00 Çək və bizə göndər!