"Neftçi" bu ölkədə çıxış edən həmyerlimizi heyətinə qatacaq?

20 Yanvar 2023 03:50 Neftçi 2 637
"Neftçi" bu ölkədə çıxış edən həmyerlimizi heyətinə qatacaq?

Azərbaycanın U-21 yığmasında oynamış Emil Mustafayevin “Aleksandriya”da qalıb-qalmayacağı hələ ki, dəqiqləşməyib.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, yarımmüdafiəçinin adıçəkilən komandada qalması yeni baş məşqçi Ruslan Rotanın verəcəyi qərardan asılı olacaq.

Məsələ burasındadır ki, Ukrayna Premyer Liqasının iştirakçısı təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb.

Məhz buradakı toplanışdan sonra Emilin “Aleksandriya”da qalıb-qalmayacağı dəqiqləşəcək. Onun hazırkı klubu ilə müqaviləsi 2023-cü il iyunun 30-da başa çatacaq.

Yarımmüdafiəçinin xidmətində "Neftçi", həmçinin “Lvov” və “Minay” maraqlıdır. Onun müqaviləsinin sonuna qədər "Aleksandriya"da qalmaq imkanına da sahibdir.

Amma futbolçu bu mövsüm cəmi iki oyunda çıxıb və daha çox oyunda oynamaq üçün iş yerini dəyişmək istəyir.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?