Ukraynanın məşhur klubu onu "Neftçi"yə satmaqdan imtina etdi, amma…

19 Yanvar 2023 13:00 Neftçi 1 748
Ukraynanın məşhur klubu onu "Neftçi"yə satmaqdan imtina etdi, amma…

«Astana»dan Kelan Lebonla 1,5 illik müqavilə imzalayan «Neftçi» daha bir legioneri Azərbaycana gətirmək fikrindədir.

Qazaxsıtan klubundan fransalı vingeri rənglərinə bağlamış «ağ-qaralar»un üzərində dayandığı növbəti isim Dmitri Topalovdur.

Paytaxt təmsilçisi Ukraynanın gənclər yığmasının sabiq yarımmüdafiəçisi la müqavilə şərtlərini razılaşdırıb, amma…

24 yaşlı vingerin müqavilə ilə məxsus olduğu «Şaxtyor» aldığı rəsmi təklifə hələ də yekun münasibət bildirməyib.

Donetsklilər «Neftçi» ilə danışıqları uzadır. Ukrayna klubu son 3 mövsümdə «Mariopol»a icarəyə verdiyi orta sahə oyunçusunu birdəfəlik satmaq niyyətində olmadığını elan etməklə kifayətlənib.

Belədə «ağ-qaralar» Topalovu ilyarımlıq müddətə icarəyə götürmək arzusunu qarşı tərəfin nəzərinə çatdırıb.

Ancaq «Şaxtyor» ona görə başqa təkliflərin də gəlməsini bəyan edib və yanvarın son ongünlüyündən tez qərar verməyəcəklərini söyləməklə yetinib.

Belə ki, Azərbaycandan «Sabah»la yanaşı, Polşadan «Lex», Kiprdən «Anortosis» və Rumıniyadan «Dinamo» (Buxarest) Topalovun elçi daşının üzərində əyləşib.

Donestk klubunun yetirməsi 2017-ci ildə əsas komandaya cəlb olunub. «Şaxtyor» onu 2019-cu ildə «Mariopol»a icarəyə verib. O, burada keçirdiyi 3 ildə 63 oyuna çıxıb və 10 qol vurub.

Topalov Ukraynanın U-17, U-18, U-19 və U-21 yığmalarına dəvət alıb və üst-üstə 4 dəfə fərqlənib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti