"Neftçi" bu işi "Srvena Zvezda"ya gördü - FOTOREPORTAJ

19 Yanvar 2023 09:40 Neftçi 892
"Neftçi" bu işi "Srvena Zvezda"ya gördü - FOTOREPORTAJ

“Neftçi” Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını davam etdirir.

Sportinfo.az xəbər verir ki, Belek bölgəsindəki “Gloria Verde Resort” oteldə məskunlaşan “ağ-qaralar” son məşqə çıxıb.

Əsasən toplu və taktiki çalışmalara üstünlük verilən məşqlə həm də bu gün keçiriləcək “Srvena Zvezda” ilə yoxlama oyununa hazırlıq başa çatıb.

Bakı vaxtı ilə saat 18:00-da “Calista Sport Center”də baş tutacaq görüş “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq. Oyunun ertəsi günü – yanvarın 20-də isə komanda Bakıya qayıdacaq.

“Neftçi” bundan əvvəlki sınaq matçlarında Macarıstanın “Vaşaş” (1:1) və Polşanın “Medz Leqnisa” (1:2) klubları ilə qarşılaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"