"O, "Neftçi"dəa çox iş görmür, yalnız hamıya ağıl verməyə çalışır"

18 Yanvar 2023 13:00 Neftçi 1 343
"O, "Neftçi"dəa çox iş görmür, yalnız hamıya ağıl verməyə çalışır"

"Neftçi"də futbol akademiyasının direktoru Cemal Bülbül narazılığa səbəb olub.

Bu ilin iyulunda paytaxt təmsilçisi ilə 2 illik müqavilə bağlayan funksionerdən şikayətçilər burada çalışan yerli məşqçilərdir.

Onlardan bir neçə nəfər bu barədə Sportinfo.az-a müraciət edib. Dediklərinə görə, "Neftçi"yə gələnədək "Göztəpə"nin Matç və Performans Təhlili və Skautluq Departamentində işləmiş 36 yaşlı Bülbül ümumi iş planını çətinləşdirib:

"Rəhbərlikdən narazı deyilik. Bizə yaxşı maaş verirlər. Əlbəttə, əksər klublarla müqayisə edəndə, "Neftçi"də uşaq məşqçilərinə göstərlən maddi diqqət yüksəkdir.

Ancaq Cemal Bülbül burada çox iş görmür, yalnız hamıya ağıl verməyə çalışır. Qəribə proqram hazırlayıb. Deyir ki, səhər gəl, axşam get.

Bir məşqçi ayrı-ayrı yaş qrupları üzrə komandalarda çalışır. Məsələn, 16 yaşlılara məsul olan məşqçi öz komandasına hazırlıq keçəndən sonra U-17-nin məşqində iştirak etməlidir.

Bu qayda bütün yaş qruplarına aiddir. Direktor tələb edir ki, bütün məşqçilər bir-birlərinin məşqində olmalıdır.

Belə olmaz axı. İndi biz 1000-1200 manat maaş alacağıq deyə, hər gün iki-məşqə çıxmalıyıq?

Bəlkə məşqində iştirak etdiyimiz komandanın baş məşqçisi bizim orada olmağımızı istəmir? Yaxud əksinə.

Hamının bir-birindən xoşu gəlməz ki… Bülbül bunların heç birini, bizim yorulub əldən düşməyimizi nəzərə almır, sonra da keyfiyyətli iş istəyir».

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"