"Neftçi"də yeni direktor təyinatı - Prezident əmr imzaladı

18 Yanvar 2023 00:50 Neftçi 1 447
"Neftçi"də yeni direktor təyinatı - Prezident əmr imzaladı

"Nefçi"də yeni təyinat olub.

Sportinfo.az xəbər verir ki, klub prezidentinin əmri ilə Namiq Əlizadə "Neftçi"nu Maliyyə direktoru vəzifəsinə təyin edilib.

Namiq Əlizadə maliyyə, mühasibatlıq və vergi məsələləri üzrə tanınmış mütəxəssis və təlimçidir.

Bundan öncə "Azərsun Holdinq"in baş mühasibi, "Agrokimya" MMC-nin Maliyyə direktoru, "Nurgün Holdinq"in Audit Departamentinin müdiri vəzifələrində çalışıb.

Eyni zamanda iqtisad üzrə fəlsəfə doktoru və UNEC-in magistratura bölməsinin müəllimidir. Bununla yanaşı "ACCA DipİFR”, PMS kimi sertifikatlara sahibdir.

Digər Xəbərlər
Xəbər Lenti