“Neftçi”yə qoşuldu, sayları 3 oldu

17 Yanvar 2023 21:20 Neftçi 1 353
“Neftçi”yə qoşuldu, sayları 3 oldu

“Neftçi” Antalyadakı yoldaşlıq görüşlərində qələbəyə həsrət qalıb.

Macarıstan təmsilçisi “Vaşaş”la bərabərə qalan (1:1) bakılılar, Polşa “Meds Leqnisa”sına məğlub olub – 1:2.

Yoldaşlıq görüşlərindəki nəticələr komandanın əsl gücünü göstərmədiyindən, narahatlıq doğuran məqam komandanın qələbəyə həsrət qalması yox, kollektivdəki itkilərdir.

Əvvəla onu bildirək ki, xeyli vaxtdır zədəsinin müalicəsi ilə məşğul olan və bu səbəbdən bakılıların Antalya toplanışına ilk günlərdən qatıla bilməyən Eddi İsrafilov artıq düşərgədədir.

Azərbaycan millisinin üzvü yanvarın 14-dən 15-nə keçən gecə kollektivin məskunlaşdığı otelə təşrif buyurub.

Lakin hələ ki, məşqlərdə iştirak edə bilmir. Bu gedişlə Premyer Liqanın 19-cu turunun “Sabah”la vacib qarşılaşmasında meydana çıxacağı inandırıcı görünmür.

Digər iki yarımmüdafiəçi – Rəhman Hacıyevlə Ataa Caber də kollektiv çalışmalardan uzaq düşüb.

Bir neçə gündür zədədən əziyyət çəkən futbolçular topla məşqlərdə iştirak edə bilmir. Amma Eddi ilə müqayisədə Rəhmanla Ataanın durumu qənaətbəxşdir.

Yeri gəlmişkən, qış fasiləsində heyətini yalnız Höccət Haqverdi ilə gücləndirən “Neftçi”nin düşərgəsində hələ ki, yeni futbolçu yoxdur.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!