“Neftçi”də qolları sıralayan hücumçu məşhur adamın yaxın qohumudur

17 Yanvar 2023 17:00 Neftçi 2 754
“Neftçi”də qolları sıralayan hücumçu məşhur adamın yaxın qohumudur

“Neftçi”də Ağadadaş Salyanski ad-soyadlı futbolçu adından söz etdirir.

Əvəzedici komandada parlaq çıxışı ilə fərqlənən ucaboy hücumçu artıq Laurentsiu Regekampfın da diqqətini çəkməyi bacarıb.

19 yaşı yayda tamam olacaq forvard əsas komandanın məşqlərində iştirak edir. Premyer Liqada 3 oyunda şans qazandı, hətta “Şamaxı” ilə çempionat görüşündə qol vurmağı da bacardı.

Ağadadaş bu dəfə Antalyada adından söz etdirdi. “Meds Leqnisa” ilə yoldaşlıq görüşündə start heyətində yer alan “91 nömrə” qarşılaşmanın 15-ci dəqiqəsində rəqib qapıçını məyus etməklə oyuna baxanların alqışını qazandı.

Hücumçu qıtlığı yaşanan Azərbaycanda bu gəncin gələcəyinə böyük ümidlər bəslənir. Təbii ki, bu tempdə davam etsə, daha çox çalışsa, yolunu azmasa.

Ağadadaşın soyadı futbol və futzal ictimaiyyətinə tanış olmalıdır. Vaxtilə futzal millimizin qapısını qoruyan və kapitan sarğısını daşıyan Marat Salyanski vardı. İndi “Araz “da idman direktoru vəzifəsini icra edir.

Maratla Ağadadaş yaxın qohumdur. Lap dəqiq desək, yığmanın sabiq qolkiperi parlamaqda olan gəncin dost-doğma əmisidir.

Ümid edək ki, qardaşoğlu da nə vaxtsa əmisi kimi Azərbaycan yığmasının formasını geyinmək nəsib olacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti