"Neftçi" rəhbərliyini təhdid edib – Buradan ayrılması üçün

17 Yanvar 2023 13:00 Neftçi 1 471
"Neftçi" rəhbərliyini təhdid edib – Buradan ayrılması üçün

Yusuf Laval «Neftçi»ni öz istəyi ilə tərk edib.

Bu barədə paytaxt klubundan Sportinfo.az-a bildirilib.

Redaksiyamıza verilən məlumata görə, nigeriyalı yarımmüdafiəçi yeni müqavilə təklifini geri çevirib.

Azərbaycana 2020-ci ildə Beoçikadan gələn afrikalı daha 3 il burada qalmaq çağırışına soyuq yanaşıb. Hətta əməkhaqqının iki-üç dəfə artırılması da onu fikrindən daşındırmayıb.

«Lokeren»in sabiq vingeri «Neftçi»dəki missiyasının artıq bitdiyini, burada oynamaqdan məmnun olmadığını dilə gətirib.

Bu azmış kimi, açıq şəkildə deyib ki, qış fasiləsində getməsinə icazə verilməsə, mövsümün qalan hissəsini, sadəcə, «yola verəcək», işinə can yandırmayacaq.

O, hətta istənilən cəriməyə rəğmən, meydana çıxmağa həvəssiz yanaşacağını gizlətməyib. Vəziyyəti belə görən funksionerlər çar-naçar qalıb, yolların ayrılmasına razılaşıb.

Yeri gəlmişkən, "Arouka" ilə anlaşan Yusuf Lavalın "Neftçi"yə qazandırdığı məbləğ məlum olub. Bakı klubu 25 min avro təzminat əldə edib.

Afrikalı legionerin müqaviləsi yayda başa çatacağından, "ağ-qaralar" onu bu pul qarşılığında buraxmaq məcburiyyətində qalıb.

Portuqaliya təmsilçisi 25 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 2026-cı ilin yayınadək nəzərdə tutulan sözləşmə bağlayacaq.

O, yeni komandasında vur-tut 10 min avro maaş alacaq. Afrikalıya Azərbaycanda olduğu kimi 10 ay deyil, 12 ay əməkhaqqı alacaq.

"Arouka" ölkəmizdə aylıq məvacibi 9000 dollar təşkil edən Lavala növbəti mövsümdə 12500 avro, sonrakı ildə isə 15 min avro aylıq pul verəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti