“Neftçi”yə iki yox, 4 qol vura bilərdik” - POLYAK TƏƏSSÜFLƏNDİ

17 Yanvar 2023 03:00 Neftçi 1 341
“Neftçi”yə iki yox, 4 qol vura bilərdik” - POLYAK TƏƏSSÜFLƏNDİ

“Medz Leqnisa”nın baş məşqçisi Qjeqoj Mokre Antalyada “Neftçi”yə qarşı keçirdikləri yoxlama oyunundan danışıb.

Sportinfo.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri matçla bağlı ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:

“Bu gün müdafiə xəttimiz çox yaxşı idi. Üstəlik, çoxlu qol vəziyyətləri yaratdıq. Rəqibi topla səhv etməyə məcbur etdik.

İki yox, dörd qol vura bilərdik. Rəqibə qol hədiyyə etdiyimiz üçün təəssüflənirəm. Bu cür səhvləri aradan qaldırmalıyıq ki, növbəti matçlarda bir daha təkrarlanmasın”.

Bu oyunun 15-ci dəqiqəsində Ağadadaş Salyanski “ağ-qaralar”ı hesabda önə keçirsə də, 49 və 53-cü dəqiqələrdə fərqlənən Ankelo Henrikes Polşa təmsilçisinə qələbə qazandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?