"Başdan da istifadə etmək lazımdır" - "Neftçi"nin legioneri bu sözlərlə nə demək istədi?

17 Yanvar 2023 00:40 Neftçi 599
"Başdan da istifadə etmək lazımdır" - "Neftçi"nin legioneri bu sözlərlə nə demək istədi?

"Müasir futbol təkcə ayaqla oynanılmır, başdan da istifadə etmək lazımdır".

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin legioneri Kenni Sayef fərqli mövqelərdə oynaması barədə klubun rəsmi televiziyasına açıqlamasında deyib

30 yaşlı yarımmüdafiəçi bildirib ki, meydanın hər yerində ən yaxşısını etməyə çalışır:

"Baş məşqçinin verdiyi tapşırığa uyğun oynayıram. Yeni mövqelərdə özümü sınamağı xoşlayıram".

Türkiyənin Antalyada davam edən təlim-məşq toplanışını dəyərləndirən ABŞ millisinin sabiq üzvü hazırlığın çox yaxşı getdiyini söyləyib:

"Düzdür, toplanışın əvvəlində bir çox oyunçumuz zədəli oldu. Bizimlə tam məşq keçə bilmədilər.

Buna baxmayaraq, bizim üçün çox faydalı hazırlıqdır. Bir-birimizi həm meydanda, həm də kənarda daha yaxşı tanımağa başlayırıq. Ümumi götürsək, hər şey qaydasındadır".

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi