“Harada geridə qalmış oyunçu var, “Neftçi” gedib alır”

16 Yanvar 2023 16:40 Neftçi 1 679
“Harada geridə qalmış oyunçu var, “Neftçi” gedib alır”

Xeyli vaxtdır karyerasını Azərbaycanda davam etdirəcəyi deyilən Höccət Haqverdinin “Neftçi”yə keçidi baş tutdu.

Klub rəsmi saytı və sosial media hesabları vasitəsilə millimizin müdafiəçisi ilə 1,5 illik müqavilə bağladığını elan etdi.

29 yaşlı arxa xətt oyunçusu artıq Antalyaya təşrif buyuyaraq “ağ-qaralar”ın sıralarına qoşulub.

Mamadu Mbocun yerinə gətirilən və seneqallının daşıdığı “3 nömrə”ni “adına keçirən” Höccətin müdafiənin mərkəzində və “sağı”nda oynamaq bacarığını, üstəlik, Azərbaycan pasportunu nəzərə alsaq, baş məşqçi Laurentsiu Regekampfın heyət qurmaqla bağlı işi xeyli asanlaşacaq.

Lakin azarkeşlər daha istəklidir. Onlar Höccəti güclü futbolçu hesab etmir və belə bir oyunçunun komandanı gücləndirəcəyinə inanmadıqlarını aşkar şəkildə bildirir.

“Neftçi”nin son transferi ilə bağlı izləyicilərin sosial şəbəkədə yazdıqları şərhlərin bəzilərinə diqqət yetirək:

“Bu, nə vaxtın oyunçusu olub?”

“Vallah, “Neftçi”nin gücünə ağlayan lazımdır. Belə oyunçularla heç nə etmək olmaz”.

“5 illik müqavilə bağlayardınız gərək. Belə istedadlı gənc futbolçunu saxlaya bilməyəcəksiniz”.

“Barselona”, “Real”, “Mançester Yunayted”, “Çelsi” istədi, amma Höccət “Neftçi”ni seçdi. Böyük uğurdur”.

“Marka” qəzeti bayaq bu transfer haqda yazmışdı”.

“Mbocun sinonimi gəldi”.

“Harada geridə qalmış oyunçu var, “Neftçi” gedib alır”.

“Neftçi” rəhbərliyinin böyük uğuru. Nəhəng klubların transfer siyahısında olan Höccət Haqverdi böyük çətinliklərdən sonra “Neftçi”yə gətirildi”.

“Adam tapmadız gətirməyə?”

“Babat transferdir. Futbol dünyası bu transferdən danışır”.

Azərbaycan millisində 17 oyunda 1 qol vuran təcrübəli müdafiəçi 2021-ci ilin yanvarından 2022-ci ilin mayına qədər “Sumqayıt”ın şərəfini qoruyub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı