“Neftçi”ni səhvlərə məcbur etdik – Ona təəssüflənirəm ki…“

16 Yanvar 2023 12:40 Neftçi 3 271
“Neftçi”ni səhvlərə məcbur etdik – Ona təəssüflənirəm ki…“

“Neftçi”ni səhvlərə məcbur etdik, asanlıqla qol imkanları yaratdıq”.

Sportinfo.az xəbər verir ki, bunu “Medz Leqnitsa”nın (Polşa) baş məşqçisi Qzeqorj Mokri “Neftçi”yə 2:1 hesabı ilə qalib gəldikləri yoxlama görüşü ilə bağlı danışarkən deyib.

38 yaşlı mütəxəssis Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Azərbaycan təmsilçisi ilə baş tutan qarşılaşmanı yüksək qiymətləndirib:

“Neftçi”yə qarşı çox yaxşı müdafiə olunduq. Çox sayda hücuma yüksək səviyyədə çıxışlarımız oldu.

Üstəlik, kifayət qədər qol vəziyyətlərimiz oldu. “Neftçi”yə qol hədiyyə etdiyimiz üçün təəssüflənirəm.

Bu cür səhvləri aradan qaldırmalıyıq ki, növbəti matçlarda bir daha təkrarlanmasın”.

“Neftçi” Türkiyədəki təlim-məşq toplanışı zamanı son yoxlama görüşünü yanvarın 19-da Serbiya klubu “Srvena Zvezda”ya qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!