"Neftçi" Lavalın satışından nə qədər PUL QAZANACAQ?

16 Yanvar 2023 11:00 Neftçi 1 659
"Neftçi" Lavalın satışından nə qədər PUL QAZANACAQ?

"Arouka" ilə anlaşan Yusuf Lavalın "Neftçi"yə qazandırdığı məbləğ məlum olub.

2020-ci ilin yayında Bakı klubu "Lokeren"dən (Belçika) gəlmiş nigeriyalı yarımmüdafiəçiyə görə 25 min avro təzminat əldə edib.

Afrikalı legionerin müqaviləsi yayda başa çatacağından, "ağ-qaralar" onu bu pul qarşılığında buraxmaq məcburiyyətində qalıb.

Portuqaliya təmsilçisi 25 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 2026-cı ilin yayınadək nəzərdə tutulan sözləşmə bağlayacaq.

O, yeni komandasında vur-tut 10 min avro maaş alacaq. Afrikalıya Azərbaycanda olduğu kimi 10 ay deyil, 12 ay əməkhaqqı alacaq.

"Arouka" ölkəmizdə aylıq məvacibi 9000 dollar təşkil edən Lavala növbəti mövsümdə 12500 avro, sonrakı ildə isə 15 min avro aylıq pul verəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti