"Neftçi"ni tərk edən Lavalın QAZANCINA İNANMAYACAQSIZ!

15 Yanvar 2023 09:40 Neftçi 4 531
"Neftçi"ni tərk edən Lavalın QAZANCINA İNANMAYACAQSIZ!

"Neftçi"dən ayrılan Yusuf Lavalın "Arouka" ilə imzalayacağı müqavilənin müddəti bəlli olub.

25 yaşlı hücumameylli yarımmüdafiəçi ilə sözləşmə 2026-cı ilin yayınadək nəzərdə tutulub.

Növbəti həftənin əvvəlində Portuqaliyaya yollanacaq vingerlə münasibətlər tibbi müayinədən sonra rəsmiləşəcək.

"Neftçi"yə 2020-ci ilin yayında Belçika "Lokeren"indən keçən nigeriyalı yeni klubunda qaz vurub, qazan doldurmayacaq.

O, vur-tut 10 min avro maaş alacaq. Afrikalıya Azərbaycanda olduğu kimi 10 ay deyil, 12 ay əməkhaqqı alacaq.

"Arouka" ölkəmizdə aylıq məvacibi 9000 dollar təşkil edən Lavala növbəti mövsümdə 12500 avro, sonrakı ildə isə 15 min avro aylıq pul verəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti