"Yeni transferin "Neftçi"yə çox böyük köməyi olacaq"

15 Yanvar 2023 00:50 Neftçi 1 259
"Yeni transferin "Neftçi"yə çox böyük köməyi olacaq"

"Neftçi"nin müdafiəçisi Voyislav Stankoviç klub televiziyasına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, serbiyalı legioner zədəsini sağaltdığını və komandaya qoşulduğunu deyib:

"Uzun müddətdir zədə səbəbindən komandadan ayrı qalmışdım. Artıq zədəm yaxşılığa doğru gedir. Komanda ilə birlikdə məşqlərə başlamışam.

Hazırlığımız yaxşı gedir. "Sabah"la Premyer Liqa matçına hələ iki həftə qalıb. Həmin oyuna kimi tam hazır vəziyyətdə olacağımı düşünürəm.

Yeni transfer Höccət Haqverdi Azərbaycan milli komandasının üzvüdür. Onun bizim müdafiə xəttinə çox böyük köməyi olacaq".

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?