Ölkə başçısı “Neftçi”də beş nəfəri mükafatlandırdı - FOTOLAR

14 Yanvar 2023 19:00 Neftçi 1 400
Ölkə başçısı “Neftçi”də beş nəfəri mükafatlandırdı - FOTOLAR

2022-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlətimizin başçısı tədbirdə çıxış edib.

Sonra Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub.

Mükafatlandırılanlar arasında "Neftçi İdman Klubu”nun təmsilçiləri də yer alıb.

Bunlar klubun cüdo idman növü üzrə məşqçisi İlham Məmmədov (Sumqayıt Təlim-İdman Zalı), yunan-Roma güləşçiləri Sənan Süleymanov, Taleh Məmmədov, ağır atlet Dadaş Dadaşbəyli və paraatlet Elvin Astanovdur.

Prezident İlham Əliyevin idmançılarla görüşü onların 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarında yüksək nailiyyətlər qazanması üçün stimul olacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"