“Neftçi”də 2-3 normal futbolçu var, onları da satın”

14 Yanvar 2023 17:00 Neftçi 1 163
“Neftçi”də 2-3 normal futbolçu var, onları da satın”

“Neftçi”nin vacib futbolçularından biri Yusuf Laval karyerasını Portuqaliyada davam etdirəcək.

Nigeriyalı vingerin xidmətində sözügedən ölkənin yüksək dəstəsində mübarizə aparan “Arouka” maraqlıdır.

Artıq klublar arasında danışıqlara start verilib, hətta ümumi razılıq əldə olunub.

Afrikalı legioner bu məqsədlə hazırda Antalyada olan “ağ-qaralar”ın düşərgəsini tərk edərək Portuqaliyaya yollanmaq üçün tələb olunan vizanın həllinə görə Bakıya qayıdıb.

Yusuf Portuqaliyaya uçub, tibbi baxışdan uğurla keçəcəyi halda klublar arasında satış müqaviləsi bağlanacaq. Məsələnin növbəti həftənin sonuna qədər həll olunacağı gözlənilir.

“Neftçi” ilə anlaşmasının müddəti bu ilin yayında başa çatacaq nigeriyalı futbolçunun satışı azarkeşlərin ürəyincə deyil. Bəziləri Lavalın cari mövsümdə komandaya effekt vermədiyini iddia etsə də, böyük əksəriyyət onun gedişini komanda üçün ciddi itki hesab etdi.

Şərhlərə diqqət yetirək:

“Klub deyil, “vosmoy”un bazarıdır elə bil”.

“Neftçi” komandanı gücləndirmək əvəzinə daha da zəiflədir. İtirir oyunçuları”.

“Lavalın yerinə növbəti “otxod” gətirəcəklər”.

“Neftçi”də Emindən sonra normal futbolçu bu idi, o da getdi”.

“Oyunçu qalmadı ki”.

“Budur, bazar təfəkkürlü rəhbərlik. Futbolçunu satırsansa, ondan bir baş üstün olanı transfer etməlisən. Bunlarda hanı o zəka, ağıl?”

“Digər klublar futbolçu satıb, milyon qazanır. Bizim klub satıb, borca düşür”.

“Biz transfer gözləyirik, siz isə ayağı top tutanları satırsınız”.

“2-3 normal futbolçu var, onları da satın”.

“Satın, basıb yeyin. Buqrini, Kaneni satıb yerinə kimi aldınız?”

Qeyd edək ki, “Arouka” Portyuqaliya Premyer Liqasında 15 turdan sonra topladığı 22 xalla 7-ci pillədə qərarlaşıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti