Rege istəmədi, "Neftçi" yeni müqavilə təklif etmədi

14 Yanvar 2023 13:00 Neftçi 2 591
Rege istəmədi, "Neftçi" yeni müqavilə təklif etmədi

«Neftçi» mövsümün sonunda yollarını ayıracağı növbəti legionerin kimliyini müəyyənləşdirib.

Bakılılar Vojislav Stankoviçə yeni müqavilə təklif etməyib.

2018-ci ilin yayından ağ-qara formanı geyinən serbiyalı müdafiəçinin sözləşməsi iyunda başa çatacaq.

Paytaxt təmsilçisi 1987-ci il təvəllüdlü balkanlı arxa xətt oyunçusunu «gözdən çıxarıb».

Baş məşqçi Lorentsiu Regekamfp sözügedən legionerin onun oyun planına uyğun gəlməməsi barədə rəhbərliyə raport verib.

Rumıniyalı çalışdırıcı Stankoviçin yaşlı olduğunu və fiziki cəhətdən ağır təsir bağışladığını qeyd edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?