"Neftçi" ilə vidalaşdı: "Yalnız ən böyük xatirələr... Və hər biri unikaldır!"

14 Yanvar 2023 00:40 Neftçi 903
"Neftçi" ilə vidalaşdı: "Yalnız ən böyük xatirələr... Və hər biri unikaldır!"

Qış fasiləsində "Neftçi" ilə yollarını ayıran Mamadu Mboc "ağ-qaralar"la vidalaşıb.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı seneqallı müdafiəçi bununla bağlı instaqram səhifəsində video paylaşıb.

"Yalnız ən böyük xatirələr... Və hər biri unikaldır! Hər şey üçün "Neftçi"yə ürəkdən təşəkkür edirəm", - afrikalı oyunçu yazıb.

2018-ci ilin dekabrında “Neftçi”yə transfer olunmuş Mamadu Mboc 5 mövsüm ərzində 94 rəsmi görüşdə meydana çıxıb və 9 qola imza atıb.

O, 2021/2022 mövsümündə Azərbaycan çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?