Portuqaliya klubu Lavala görə “Neftçi”yə 1 avro da ödəməyəcək?

13 Yanvar 2023 20:20 Neftçi 1 791
Portuqaliya klubu Lavala görə “Neftçi”yə 1 avro da ödəməyəcək?

"Neftçi"dən ayrılan Yusuf Lavalın Portuqaliyasa "Arouka" ilə imzalayacağı müqavilənin müddəti bəlli olub.

Sportinfo.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı hücumameylli yarımmüdafiəçi ilə sözləşmə 2026-cı ilin yayınadək nəzərdə tutulub.

Növbəti həftənin əvvəlində Portuqaliyaya yollanacaq vingerlə münasibətlər tibbi müayinədən sonra rəsmiləşəcək.

Nəşr Lavalın "Arouka"ya sərbəst oyunçu kimi keçəcəyini yazıb.

Yusuf Laval "Neftçi"yə 2020-ci ilin yayında Belçika "Lokeren"indən keçib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?