Kenni Sayef mövsümün əvvəlindən etibarən formasını geyindiyi «Neftçi»ni tərk edə bilər.
ABŞ və İsrail vətəndaşlığı olan yarımmüdafiəçi Avropadan yenit təklif alıb.
Vaxtilə ABŞ yığmasının formasını geyinmiş orta sahə oyunçusuna bu dəfə Polşadan dəvət gəlib. Ekstraklassada mübarizədə aparan «Rux» 29 yaşlı legionerin xidmətində maraqlıdır.
Sayef İsrailin “Bney Saxnin” (2010-2011), “Hapoel Hayfa” (2011-2012), “İroni Kryat Şmona” (2012-2013), “Hapoel Ramat Ha Şaron” (2013-2014), Belçikanın “Gent” (2014-2018), “Anderlext” (2018-2022), ABŞ-ın “Sinsinnati” (2019), Polşanın “Lexiya” (2020-2021) və İsrailin “Aşdod” (2021-2022) klublarında çıxış edib.
Kenninin «Neftçi» ilə müqaviləsinin müddəti 2 ildir. İşdir, o, Azərbaycanı tərk etmək fikrində qəti olsa, «ağ-qaralar», yəqin ki, bu ayrılığın qarşısına sədd çəkməyəcək.
Çünki Lorentsiu Regekamfp ondan bir elə razı deyil. Baş məşqçini məmnun etməyən hal israilli legionerin qeyri-sabit çıxış etməsidir.
SPORTİNFO.AZ

