"Vaşaş"ın baş məşqçisi "Neftçi" haqda: "Məqsədimizə çatdıq"

13 Yanvar 2023 02:40 Neftçi 772
"Vaşaş"ın baş məşqçisi "Neftçi" haqda: "Məqsədimizə çatdıq"

Macarıstan “Vaşaş”ının baş məşqçisi Elemer Kondaş Antalyada “Neftçi”yə (1:1) qarşı keçirilmiş yoxlama görüşünü şərh edib.

Sportinfo.az xəbər verir ki, klubun rəsmi saytına danışan macar mütəxəssis bunları deyib:

"Neftçi”yə qarşı yaxşı oyun keçirdik və məqsədimizə çatdıq. Hər iki hissədə məşqdə çalışdıqdığımız elementləri göstərdik.

Şadam ki, hər iki hissədə çoxlu qol şansları yarada bildik. Lakin onların həyata keçirilməsində problemlər yarandı.

İlk hissədə qapıçımızın buraxılan qoldan başqa heç bir işi yox idi. "Neftçi"nin qolkiperi isə ilk yarıda bir neçə dəfə oyuna qoşulmalı oldu.

Çox gözəl epizodları ilə yadda qalan oyundan razı qaldım".

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?